• 24 °C
|

KİV: İran İsrailin nüvə obyektinə zərbə endirə bilər

22 İyun 2025
img

İki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İran İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.

APA xəbər verir ki, bu haqda Qətərin “əl-Cəzira” telekanalı yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.

"Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər", – adı açıqlamayan mənbə bildirib.

Mənbə həmçinin bildirib ki, İsrail tərəfi İranın zərbələrinin ölkəyə ciddi ziyan vurduğunu gizlədir.