24 İyn 2025
İran hökuməti Qətərin vasitəçiliyi ilə ABŞ-ın İsraillə atəşkəs barədə təklifi ilə razılaşıb.
APA xəbər verir ki, bu haqda “Reuters” İran rəsmisinə istinadən məlumat verib.
Agentliyin digər mənbələrdən əldə etdiyi məlumata görə ABŞ prezidenti Donald Tramp Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə İsrailin atəşkəs razılaşmasına razı olduğunu bildirdikdən sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdü`r-Rəhman Əl Tani Tehranı Vaşinqtonun təklifini qəbul etməyə inandırıb.