• 7 °C
|

KİV: İran Rusiyadan 500 milyon avroluq raket sistemləri alacaq

23 Fevral 2026
img

İranın hava hücumundan müdafiə qabiliyyətlərini yenidən qurmaq üçün Rusiya ilə təxminən 500 milyon avro dəyərində gizli raket müqaviləsi imzaladığı iddia edilir.

APA xəbər verir ki, “Financial Times” qəzetinin əldə etdiyi məlumata görə, müqavilə 2025-ci ilin dekabr ayında Moskvada imzalanıb.

İddiaya görə, Tehran və Moskva arasında üç illik əhatəli çatdırılma planı ilə bağlı razılıq əldə olunub.

Müqavilədə Rusiyanın İrana 500 ədəd "Verba" portativ buraxılış qurğusu və 2500 ədəd "9M336" tipli raket çatdıracağı nəzərdə tutulur.

Təxminən 500 milyon avro dəyərində olan daşınmanın 2027-2029-cu illər arasında üç mərhələdə tamamlanması planlaşdırılır.

Məlumata görə İran xüsusilə də İsrail və ABŞ-ın 2025-ci ilin iyun ayında İrana hücumlarından və sonrakı 12 günlük münaqişədən sonra həmin ilin iyul ayında rəsmi olaraq bu sistemləri Rusiyadan istəyib.