• 28 °C
|

KİV: İran və ABŞ arasında aparılan danışıqlarda yaxın vaxtlarda irəliləyiş baş verə bilər

4 Avqust 2026
img

İran və ABŞ arasında aparılan danışıqlarda yaxın vaxtlarda irəliləyiş baş verə bilər.

Bu barədə "Al Hadath" yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, vasitəçilər danışıqların gələcəyi ilə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirir və yaxın zamanda atəşkəsin elan olunacağına ümid edirlər.

Telekanalın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi yaxın vaxtlarda İslamabada səfər etməyi planlaşdırır. Səfərin dəqiq tarixi hələ açıqlanmayıb.

Bundan əvvəl Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarını mümkün qədər tez İslamabada səfərə dəvət etmişdi. İran rəsmiləri isə bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyiblər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun Tehranla danışıqlar apardığını bildirərək, məsləhətləşmələr zamanı Hörmüz boğazında gəmiçiliyin bərpasının müzakirə olunduğunu açıqlamışdı.