|

KİV: İrandakı partlayışın mümkün səbəbi kimyəvi maddənin partlaması olub

27 Aprel 2025

İranın Bəndər Abbas limanında baş verən partlayışa bərk raket yanacağının tərkib hissəsi kimi istifadə edilən maddə səbəb olub.

APA xəbər verir ki, bu haqda “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan şəxs bərk raket yanacağının əsas tərkib hissəsi olan natrium perxloratın partladığını bildirib”, – qəzet yazır.