• 21 °C
|

KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub

12 Sentyabr 2026
img

İsrail ordusunun artilleriyası Dəməşqin qərb ətrafında yerləşən Beyt-Cən yaşayış məntəqəsini atəşə tutub.

Bu barədə “Syria TV” məlumat yayıb.

Telekanalın məlumatına görə, irikalibrli mərmilər İsrailin nəzarətində olan Qolan yüksəkliklərindəki mövqelərdən atılıb.

Suriya hakimiyyəti hücum nəticəsində dəymiş ziyanın miqyası və mümkün insan tələfatı barədə hələlik məlumat yaymayıb.