• 19 °C
|

KİV: İsrail Türkiyənin tələbi ilə Haniyənin ailə üzvlərinə Qəzzanı tərk etməyə icazə verib

20 Oktyabr 2025
img

Türkiyənin tələbi ilə İsrail HAMAS-ın keçmiş lideri İsmayıl Haniyənin ailəsi və Türkiyə vətəndaşları da daxil olmaqla, 66 nəfərin Qəzzanı tərk etməsinə icazə verib.

APA xəbər verir ki, bu barədə “Middle East Eye”da yazı dərc olunub.

Bildirilib ki, 66 nəfərin içərisində 16 nəfər Haniyənin yaxın qohumudur.

Onların Qəzzanı tərk etməsi HAMAS-İsrail atəşkəs razılaşmasından sonra baş tutub.

Qeyd edək ki, HAMAS-ın sabiq lideri İsmayıl Haniyə 2024-cü ilin iyulunda Tehranda sui-qəsd nəticəsində öldürülüb.