
NATO İran tərəfindən yarana biləcək raket təhlükəsinə qarşı Türkiyədə hava hücumundan müdafiə sistemlərini gücləndirməyi nəzərdən keçirir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Bloomberg” NATO mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, ittifaq Türkiyədəki bir hava bazasına əlavə “Patriot” raketdən müdafiə sistemi yerləşdirə bilər.
Türkiyənin Şərqində yerləşən Kürecik HHM bazasında ABŞ-a məxsus AN/TPY-2 radar xəbərdarlıq sistemi Yaxın Şərqdən buraxılan raketləri izləmək üçün istifadə olunur və ehtimal olunan hədəflərdən biri hesab edilir.
Eyni zamanda İncirlik HHQ bazasında mövcud olan “Patriot” PAC-2 sisteminin yanında daha güclü “Patriot” PAC-3 batareyasının yerləşdirilməsi də müzakirə olunur.
PAC-3 sistemi xüsusilə ballistik raketləri zərərsizləşdirmək üçün daha effektiv sayılır.
Qeyd edək ki, NATO qüvvələri 4 martdan bəri İran tərəfindən buraxılan üç raketi zərərsizləşdirib.