• 27 °C
|

KİV: Qazaxıstanın iri neft emalı zavodları sanksiya riskinə görə Rusiyaya benzin tədarükündən imtina edib

26 Avqust 2026
img

Qazaxıstanın iri neft emalı zavodları Rusiyaya benzin tədarükü üçün onlara ayrılmış kvotalardan istifadə etməyib.

Bu barədə "Reuters" agentliyinə sənaye sahəsindən dörd mənbə məlumat verib.

Mənbələrin sözlərinə görə, Qazaxıstanın Energetika Nazirliyi iyul ayında ölkənin gücünə görə ikinci ən böyük neft emalı zavodu olan Pavlodar NEZ-dən Rusiyaya 17,5 min ton AI-92 markalı benzin göndərilməsinə icazə verib. İllik emal gücü 5,5 milyon ton olan Atyrau NEZ-ə də avqust ayında analoji kvota ayrılıb.

Lakin "Reuters"in mənbələri bildirib ki, yanacaq sahibləri benzini Rusiyaya ixrac etməyi planlaşdırmırlar. Buna səbəb kimi Rusiya bankları vasitəsilə ödənişlərin həyata keçirilməsində çətinliklər və Qərbin sanksiyalarına məruz qalmaq riski göstərilir.

“ Heç kim sanksiyalara məruz qalmaq istəmir”, – deyə mənbələrdən biri bildirib.

Mənbələrin sözlərinə görə, hazırda Qazaxıstanın daxili bazarında da avtomobil yanacağının həcmi kifayət qədər deyil. Buna səbəb mövsümi tələbatın yüksək olması və Rusiyadan sonra qonşu ölkələrdə də yanacaq çatışmazlığının yaranmasıdır.

Qazaxıstanda Rusiyaya benzin tədarük etməyə razılaşan yeganə müəssisə illik 850 min ton emal gücünə malik kiçik “Kondensat” neft emalı zavodu olub. Zavod avqust ayında dəmir yolu ilə Rusiyadan 4,1 min ton həcmində ilk xam neft partiyasını alıb. Bundan əvvəl isə müəssisə “Tatneft”dən nafta alıb.

Zavod iyul ayında Rusiyaya 9 min ton benzin göndərib.