Türkiyə, Misir və Pakistan rəsmiləri müharibəni dayandırmaq və ya müvəqqəti atəşkəsə nail olmaq məqsədilə İranı ABŞ-la danışıqlar masasına qaytarmağa çalışırlar. Lakin bu günə qədər bu səylərin heç biri nəticə verməyib.
Bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məqalədə İran rəsmilərinin tələblərindən güzəştə getməkdən imtina etdikləri və müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazının açılması təklifini rədd etdikləri bildirilir.
Qəzetinin cümə günü verdiyi məlumata görə, İran vasitəçilərə yaxın günlərdə İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini və ABŞ-ın müharibəyə son qoymaq tələblərini qəbuledilməz hesab etdiyini bildirib.