24 Dek 2025

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu “Falcon 50” tipli təyyarənin elektrik sistemində nasazlıq yaranmış ola bilər.
APA xəbər verir ki, bu iddia Al Hadath TV tərəfindən irəli sürülüb.
Mənbələrin məlumatına görə, uçuşdan qısa müddət sonra elektrik sistemində yaranan nasazlıq heyət üzvlərini təcili eniş tələb etməyə məcbur edib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.