• 5 °C
|

Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb

24 Yanvar 2025
img

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.

Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.