09 Okt 2026

Küveyt Böyük Britaniyadan 489 milyon dollar dəyərində Hava Hücumundan Müdafiə sistemi alacaq.
“Reuters”in xəbərinə görə, bu barədə tərəflər razılıq əldə edib.
Sistem “MARSS” şirkətindən alınacaq.
Qeyd edək ki, bundan əvvəl beynəlxalq mediada Yaxın Şərqdə baş verən qarşıdurmalar səbəbindən “Patriot” sistemlərinin azaldığı, yeni HHM sistemlərinə ehtiyac duyulduğu ilə bağlı xəbərlər dərc olunub.