• 23 °C
|

Livan Prezidenti: İran ABŞ-la danışıqlarda ölkəmizdən “sövdələşmə vasitəsi” kimi istifadə edir

5 İyun 2026
img

İran Livandan ABŞ-la aparılan danışıqlarda “sövdələşmə vasitəsi” kimi istifadə edir.

Bunu Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində bildirib.

Aun deyib ki, bu, qəbuledilməzdir.

“Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir və bizim məsuliyyətimizdir. Bizim ölkəmizin daxili işlərinə qarışmaq sizin işiniz deyil”, – Livan Prezidenti vurğulayıb.

Aun İranın dəstəklədiyi “Hizbullah”a da mesaj göndərib:

“Onlar başa düşməlidirlər ki, oturub danışmaqdan başqa yol yoxdur. Bu problemi həll etməyin yeganə yolu danışıqlar və diplomatiyadır”.