22 Noy 2025

Livan İsrail tərəfindən ərazisinə edilən hücumların dayandırılmasında maraqlıdır və regionda sülh və sabitliyə gətirib çıxaracaq tənzimləmə formulu tapmaq üçün danışıqlara qatılmağa hazırdır.
APA xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun ölkənin 82-ci müstəqillik günü münasibətilə xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Livan ordusu sərhəd bölgələrində sabitliyi təmin etməyə və İsrail tərəfindən işğal olunmuş ölkənin cənubundakı beş strateji yüksəklik üzərində nəzarəti bərpa etməyə qadirdir.