• 24 °C
|

Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda görüşəcək

13 Sentyabr 2026
img

Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda üçtərəfli çərçivənin tətbiqini müzakirə etmək üçün görüşəcəklər.

APA “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı səfirliyi məlumat yayıb.

Səfirliyin yaydığı məlumata görə, Livan-İsrail rəsmi danışıqlarının növbəti mərhələsi oktyabr ayında Romada keçiriləcək.