
Livan ordusunun xüsusi təyinatlı bölmələri əl-Məşrəfə bölgəsində mövqelərinin atəşə tutulmasından sonra Suriya tərəfinə cavab atəşi açıb.
APA xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.
Məlumata görə, Suriya təhlükəsizlik qüvvələri ilə qarşılıqlı atışmadan sonra Livan hökuməti əl-Qaa sərhəd-keçid məntəqəsini bağlayıb. Bölgənin sərhəd sahəsinə əlavə qüvvələr göndərilib.
Bundan əvvəl həmin ərazidə Livan hərbçiləri Dəndəş klanına mənsub qaçaqmalçılar dəstəsi ilə silahlı toqquşmaya giriblər. Silahlılar itki verərək Suriya ərazisinə geri çəkiliblər.
Qeyd edək ki, Suriya–Livan sərhədində son silahlı insident 17 avqustda baş verib. Həmin vaxt Livan ordusu Kfar-Zabad dağlıq ərazisində terrorçu qrupun ölkəyə sızmasının qarşısını alıb.