• 15 °C
|

Məhkəmə Cənubi Koreya prezidenti ilə bağlı həbs qətimkan tədbiri seçib

18 Yanvar 2025
img

Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun SokYolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Məlumata görə yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun SokYolu həbs edib.

Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.

Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.