• 19 °C
|

Məkkə bölgəsində husilərə aid bir PUA zərərsizləşdirilib

31 Oktyabr 2026
img

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general Turki əl-Maliki məlumat verib.

Husilərin hərbi sözçüsü Yəhya Səriyə isə Səudiyyə Ərəbistanına qarşı həmin gün heç bir əməliyyat keçirmədiklərini deyərək koalisiyanın iddiasını təkzib edib.