
Misir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin imzaladığı Məkkə paktına qoşulmaq imkanını hələlik nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati məlumat verib.
O bildirib ki, Qahirə bu məsələ ilə bağlı müxtəlif aspektləri, o cümlədən hüquqi və texniki məsələləri araşdırmalıdır.
Misir XİN rəhbərinin sözlərinə görə, ölkəsi müdafiə sazişinin iştirakçısı olan bütün dövlətlərlə sıx əlaqə və daimi koordinasiya saxlayır.
Məkkə paktı avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.