• 22 °C
|

Misir parlamentində Səudiyyə Ərəbistanına yardımın müzakirə olunması üçün sessiya keçiriləcək

17 Oktyabr 2026
img

Misir parlamenti Səudiyyə Ərəbistanına edilən hücumlar səbəbindən bu ölkəyəqsədi yardım etmək üçün addımların müzakirə olunması məqsədilə fövqəladə sessiya keçirəcək.

“Al Jazeera” xəbər verir ki, sessiya prezident Əbdülfəttah əs-Sisinin müraciəti əsasında sabah-oktyabrın 18-də keçiriləcək.

Qeyd edək ki, əs-Sisi lazım olduğu təqdirdə Misirin Səudiyyə Ərəbistanını müdafiə etməyə hazır olduğunu bəyan edib.

Yəməndə Husilər və koalisiya qüvvələri arasında gedən döyüşlər fonunda, Səudiyyə Ərəbistanının bir sıra bölgələri, o cümlədən enerji təsisatları da raket və dronlarla hədəfə alınır.