• 28 °C
|

Möhsün Rzayi: Trampın başlatdığı iqtisadi müharibə təbliğat xarakterlidir

23 Avqust 2026
img

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampın İrana qarşı iqtisadi təzyiqlər siyasətini tənqid edib və bunu “təbliğat xarakterli iqtisadi müharibə” adlandırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Rzayi bildirib ki, Trampın siyasəti ABŞ-a, onun müttəfiqlərinə və qlobal ticarətə ciddi zərər vurub. Onun sözlərinə görə, neft tankerlərinin istifadəsiz qalması və yanacaq xərclərinin artması qlobal ticarətin logistika risklərini yüksəldib.

İran rəsmisi həmçinin ABŞ-ın iqtisadi təzyiqlərinin ölkəsində istənilən nəticəni verməyəcəyini deyib. O, Vaşinqtonun hərbi təzyiqdən nəticə əldə edə bilmədiyi üçün iqtisadi müharibəyə üstünlük verdiyini bildirib.

Rzayi region ölkələrini İrana qarşı iqtisadi təzyiqlərə qoşulmamağa çağırıb və belə bir addımın ciddi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib. O, İranın Hörmüz boğazına nəzarət etdiyini və boğazın açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırdığını da qeyd edib.