
İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın sabiq rəhbəri Yossi Kohen keçmişdə İranın Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiyini bildirib.
"The Times of Israel" xəbər verir ki, Kohen bu barədə Səfəd şəhərində keçirilən Qaliley Forumunda çıxışı zamanı deyib.
“Mən oranı anlamaq üçün Fordo nüvə obyektini dəfələrlə gəzmişəm”, – Kohen qeyd edib.
Bununla belə, o, səfərlərin nə vaxt baş verdiyini açıqlamayıb.
“Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, – Kohen ABŞ-ın Fordo obyektinə endirdiyi zərbəyə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Fordo ilə yanaşı, İsfahan və Natanz nüvə obyektləri də 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı ABŞ-ın zərbələri nəticəsində ciddi zədələnib.