• 17 °C
|

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3145 nəfərə çatıb – YENİLƏNİB

3 Aprel 2025
img

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3145 nəfərə çatıb, 4589 nəfər yaralanıb, 221 nəfər isə itkin düşüb.

APA xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hələ də axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

İndiyədək dağıntılar altından 653 nəfər xilas edilib, 626 nəfərin isə cəsədi çıxarılıb.

***

08:49

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb, 4714 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 341 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Taylandın Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Bundan sonra 6,4 bal gücündə ikinci zəlzələ baş verib. Təbii fəlakət Taylanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

Myanmada baş verən zəlzələ yaşayış binalarına və infrastruktura ziyan vurub.