• 11 °C
|

Myanmada zəlzələdə ölənlərin sayı 1700-ü ötüb, 300 nəfər itkin düşüb

30 Mart 2025
img

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb.

APA xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Bildirilib ki, 3400-dən çox yaralı var, 300 nəfər itkin düşüb.

Qeyd edək ki, martın 28-də Myanmada 7, 7 və 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.