24 İyn 2025
Xarici neft şirkətləri bir çox əməkdaşını İraqdan çıxarıb.
APA xəbər verir ki, bununla bağlı İraqın “Basra Oil Company” şirkəti bəyanat verib.
Bildirilib ki, “ENİ”, “BP”, “ Total Energies” şirkətləri əməkdaşlarının təxliyyəsinə baxmayaraq, İraqın cənubundakı neft yataqlarındakı əməliyyatlar yavaşlamayıb.
Belə ki, İraqın gündəlik neft ixracatı 3.32 milyon barel təşkil edir.