• 14 °C
|

Netanyah: İsrail Livanda hərbi əməliyyat hüququnu özündə saxlayır

25 Aprel 2026
img

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Livan ərazisində yaranan təhlükələrə qarşı hərbi fəaliyyət azadlığını qoruyub saxlayır.

APA xəbər verir ki, hökümət başçısı bunu videomüraciətində deyib.

Onun sözlərinə görə, “Hizbullah” regionda gərginliyi artırmaqda davam edir və bu, mümkün sülh təşəbbüslərinə maneə yaradır. Netanyahu vurğulayıb ki, İsrail təhlükəsizliyi təmin etmək üçün zəruri hesab etdiyi bütün addımları atmaqda qərarlıdır.

O əlavə edib ki, son günlər ərzində İsrail ordusu Livanda bir neçə hədəfə zərbələr endirib.