• 3 °C
|

Netanyahu: İsrail hələ də HƏMAS-dan azad ediləcək girovların siyahısını gözləyir

18 Yanvar 2025
img

İsrail hələ də HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb. Bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.

APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", –deyəNetanyahu bildirib.