
Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail Livanın cənubunda təhlükəsizlik məqsədilə bufer zona yaradır.
APA xəbər verir ki, bu barədə İsrail hökümət başçısının ofisi məlumat yayıb. .
Onun sözlərinə görə, bu addım ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
“Biz şimal sərhədində real təhlükəsizlik buferi yaratmışıq. Bu zona Qalileyaya mümkün quru hücumunun qarşısını alır və biz onu daha da genişləndiririk ki, tank əleyhinə raketlərin təhlükəsini yaşayış məntəqələrimizdən uzaqlaşdıraq”, – deyə Netanyahu bildirib.
Netanyahu həmçinin iddia edib ki, “Hizbullah”ın silahlı qanadı İsrail ərazisinə daxil olmaq planı hazırlayırdı, lakin bu təhlükə zərərsizləşdirilib.