30 Mar 2026

İsrail Livanın cənubunda təhlükəsizlik zonasını genişləndirir.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu göstəriş verib.
Hökümət başçısı bildirib ki, bu qərar mümkün hücumların qarşısını almaq və tank əleyhinə raketlərin İsrail sərhədinə çatmasının qarşısını almaq məqsədi daşıyır.
Baş nazir qeyd edib ki, İsrail “Yaxın Şərqin simasını dəyişib” və bununla yanaşı ölkənin milli təhlükəsizlik konsepsiyası da yenilənib.
Onun sözlərinə görə, İsrail hazırda Suriya, Qəzza və Livanda üç təhlükəsizlik zonası formalaşdırır.