• 9 °C
|

Netanyahu ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib

16 Mart 2026
img

İsrailin Baş naziri Benyamin Netanyahu itkin düşməsi və mümkün ölümü ilə bağlı yayılan şayiələrə reaksiya verib.

APA xəbər verir ki, Netanyahu qısa video paylaşaraq bu məlumatları təkzib edib.

Baş nazirin sosial şəbəkə hesablarında yayımlanan videoda onun kafedə qəhvə sifariş etdiyi və jurnalistlərin aktual suallarını cavablandırdığı görünür.