24 Mar 2026

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail ərazisində fəaliyyətini qadağan edən qanunun dərhal icrası ilə bağlı göstəriş verib.
APA xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
“Netanyahu Knesset tərəfindən qəbul edilmiş UNRWA qanununun dərhal həyata keçirilməsi ilə bağlı göstəriş verib”, – bəyanatda deyilir.
Məlmatda həmçinin baş nazirin sərəncamının icrası ilə bağlı heç bir məhdudiyyətin olmadığı bildirilir.