• 25 °C
|

Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib

24 İyun 2025
img

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, – bəyanatda qeyd edilib.