• 12 °C
|

Oman sahillərində bir gəmi hücuma məruz qalıb

3 Noyabr 2026
img

Oman sahillərində hərəkət edən bir gəmi naməlum mərmi zərbəsinə məruz qalıb.

APA xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumat yayıb.

Məlumata əsasən, hadisə Omanın Lima şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verib. Gəminin kapitanı bildirib ki, mərmi zərbəsi nəticəsində gəminin sağ bortunda dəlik yaranıb.

UKMTO gəminin və ekipaj üzvlərinin təhlükəsiz olduğunu bildirib.

Hadisə hücum kimi qiymətləndirilib. Gəminin adı, növü və hansı limana qeydiyyatda olduğu barədə isə məlumat verilməyib.