04 Avq 2026

Omanın şimal sahillərində bir tankerin yaxınlığında partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.
"UKMTO, Omanın Xasab şəhərindən 20 km şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin kapitanı gəminin yaxınlığında partlayış səsi eşitdiyini bildirib. Gəmi və heyətinin təhlükəsiz olduğu bildirilir", – məlumatda bildirib.
Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmaya başlayıblar.