
Oman və İran nümayəndələri Hörmüz boğazında gəmiçiliyin azadlığı və təhlükəsizliyi məsələsini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
Oman XİN rəhbəri Bədr əl-Busaidi və İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi arasında keçirilən görüşdən sonra geniştərkibli nümayəndə heyətlərinin iclası baş tutub.
Tərəflər beynəlxalq hüquq normalarına uyğun olaraq Hörmüz boğazında gəmiçilik azadlığını tənzimləyən prinsipləri müzakirə ediblər.
Görüşdə həmçinin gəmilərin hərəkət təhlükəsizliyi, ticarət və təchizat zəncirlərinin qorunmasının vacibliyi vurğulanıb.