27 Sen 2026
Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busəidi İranın XİN rəhbəri Abbas Əraqçi ilə görüşdə dialoq və gərginliyin azaldılması səylərini müzakirə etdiklərini açıqlayıb.
APA xəbər verir ki, əl-Busəidi bu barədə öz “X” hesabında məlumat verib.
O bildirib ki, tərəflər Hörmüz boğazında hərəkətin təhlükəsizliyinin və gəmilərin sərbəst keçidinin təmin edilməsi məsələsinə toxunublar.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.