• 7 °C
|

Omanın XİN rəhbəri ABŞ-İran danışıqlarının 26 fevralda baş tutacağını təsdiqləyib

23 Fevral 2026
img

Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran-ABŞ nüvə danışıqlarının növbəti mərhələsinin 26 fevral cümə axşamı günü Cenevrədə keçiriləcəyini təsdiqləyib.

APA xəbər verir ki, XİN rəhbəri bu barədə öz “X” hesabında məlumat verib.

"ABŞ-İran danışıqlarının bu cümə axşamı günü Cenevrədə keçirilməsinin planlaşdırıldığını və razılaşmanın yekunlaşdırılması istiqamətində növbəti addım atmaq üçün müsbət perspektivlərin olduğunu təsdiqləməkdən məmnunam", – o yazıb.