• 22 °C
|

Pakistan İranla sərhədini bağlayıb

16 İyun 2025
img

Pakistan İranla sərhədlərini qeyri-müəyyən müddətə bağlayıb.

APA “Arab News” portalına istinadən xəbər verir ki, bu barədə Bəlucistandakı Sərhəd-Buraxılış Məntəqəsinin yüksək rütbəli rəsmisi Qadir Bəxşi Pirkani açıqlama verib.

O deyib ki, Çaqi, Vaşuk, Pəncqur, Keç və Qvadar əyalətlərindəki bütün buraxılış postları fəaliyyətini növbəti qəraradək dayandırıb.

Qərar bölgədə gərginliyin getdikcə daha da artması ilə bağlı yüksək ehtimalın mövcudluğu ilə əsaslandırılıb.