
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İranla razılaşma əldə etmək üçün son tarixin iki həftə müddətinə uzadılmasını istəyib.
APA xəbər verir ki, Baş nazir bu barədə öz “X” hesabında məlumat verib.
"Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər davamlı və güclü şəkildə irəliləyir və yaxın gələcəkdə əsaslı nəticələrə gətirib çıxarmaq potensialına malikdir. Diplomatiyanın öz axarında getməsi üçün Prezident Trampdan son tarixi iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm. Pakistan, bütün səmimiyyəti ilə İran qardaşlarından xoşməramlı jest olaraq Hörmüz boğazını müvafiq iki həftə müddətinə açmalarını xahiş edir. Həmçinin, bütün müharibə edən tərəfləri regionda uzunmüddətli sülh və sabitlik naminə diplomatiyanın müharibəyə qəti şəkildə son qoymasına imkan vermək üçün iki həftə ərzində hər yerdə atəşkəsə riayət etməyə çağırırıq", – Şərif yazıb.