• 29 °C
|

Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb

21 İyul 2026
img

Pakistanda son sutka ərzində leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, şimal-qərbdə yerləşən Hayber-Paxtunxva əyalətində 6 nəfər, ölkənin şimalındakı Azad Cammu və Kəşmir bölgəsində isə daha 3 nəfər həyatını itirib.

Məlumata görə, sel suları nəticəsində 28 yaşayış evi də dağılıb.