• 29 °C
|

Pakistanda leysan yağışları nəticəsində bir ayda 109 nəfər ölüb

29 İyul 2026
img

Pakistanda iyunun 26-dan bəri davam edən leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 109 nəfər həyatını itirib, 362 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Yağışlar nəticəsində 800-ə yaxın bina zədələnib, onlardan 200-dən çoxu tamamilə dağılıb.