• 26 °C
|

Pakistanda mədən çökməsi nəticəsində doqquz nəfər ölüb

31 İyul 2026
img

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı doqquz nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.

Mədən sahibinin sözlərinə görə, hadisəyə metan partlayışının səbəb olması ehtimal olunur.

Qəza zamanı yeraltında qırx iki işçi olub. Onlardan bəzilərinin dağıntılar altında qalması ehtimal olunur.