|

Parisdə İsrail və Suriya arasında yeni danışıqlar raundu keçirəcək

5 Yanvar 2026
img

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq.

Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.