• 28 °C
|

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

3 Avqust 2026
img

“Milli Təhlükəsizlik Şurasının bütün üzvləri imzalanmış razılaşmanı dəstəkləyir”

APA-nın Tehran bürosunun məlumatına görə, bunu prezidenti Məsud Pezeşkian İran və ABŞ arasında İslamabadda imzalanmış razılaşma ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.

“İmzalanan memorandum Milli Təhlükəsizlik Şurasının üzvlərinin kollektiv müdrikliyinin məhsuludur və bütün üzvlər onunla həmrəydir”, –o bildirib.

İran Prezidenti onu da vurğulayıb ki, o, bu memorandumun gələcəkdə ölkənin xarici siyasətində əsas istiqamət olacağına inanır.

Pezeşkian əlavə edib ki, qarşı tərəfin imzaladığı öhdəliklərə əməl etməsinə nail olmaq üçün səylər davam etdirilməlidir.

“Bu memorandum ölkənin, regionun və müttəfiqlərimizin təhlükəsizliyinin güclənməsinə xidmət edəcək”, – Pezeşkian qeyd edib.