14 May 2026

“Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzindəki mövcud silahlı münaqişəni istəməyib və İranla diplomatik razılaşmanı müdafiə etməyə davam edir”.
APA xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib.
"Biz bu müharibəni istəməmişik və onun qarşısını almaq üçün səmimi qəlbdən çalışmışıq. Körfəz ölkələri ilə İran arasındakı münasibətlər, xalqlarının dərin tarixi köklərlə bağlı olduğu bir bölgədə qarşıdurma və münaqişə üzərində qurula bilməz", – o deyib.