
İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq niyyətində deyil.
APA xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bager Qalibaf bildirib.
Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır.
O qeyd edib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını nəzərə alır.
“Biz vədlərini yerinə yetirməyən tərəflə danışıqlar aparırıq”, – deyə parlament sədri bildirib.
Qalibafın sözlərinə görə, İran tərəfi ABŞ ilə təmaslarda ehtiyatlı mövqe tutur və əvvəlki təcrübələr Vaşinqtona etimadı məhdudlaşdırır.