• 31 °C
|

Qara dəniz sahillərində PUA-ya bənzər obyekt aşkarlanıb

10 Avqust 2026
img

Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzər naməlum obyekt çıxıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Obyektin vətəndaşlar tərəfindən aşkarlandığı, daha sonra hüquq mühafizə orqanlarına xəbər verildiyi bildirilir.

Əraziyə Sahil Mühafizə və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və sahildəki vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Sahilə çıxan obyektin mənşəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.