02 İyn 2026

Qətər İsrailin Beyrutun cənub ətraflarına mümkün hücumunun qarşısını almaq məqsədilə vasitəçilik təşəbbüsü göstərib.
“Al Jazeera”ya danışan diplomatik mənbənin sözlərinə görə, Doha mayın 31-dən etibarən ABŞ tərəfi ilə intensiv təmaslara başlayıb.
Mənbə bildirib ki, Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığından sonra İsrailin Beyrut ətrafına zərbə planları ləğv edilib.