• 7 °C
|

Qətər XİN enerji obyektlərinə hücumlarla bağlı xəbərdarlıq edib

10 Mart 2026
img

İran Qətərin mülki infrastrukturuna hücumlarını davam etdirir.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ansari danışıb.

“Mülki infrastruktura hücumlar davam edir və biz İranın bu hücumlara verdiyi hər hansı izahatı rədd edirik”, – o bildirib.

XİN rəsmisi qeyd edib ki, münaqişə zamanı regional enerji infrastrukturuna edilən hücumların iqtisadi nəticələri bütün dünyada hiss olunacaq:

“Hər iki tərəfin enerji obyektlərinə etdiyi hücumlar təhlükəli presedentdir. Bu, iqtisadi cəhətdən dünya üzrə fəsadlara səbəb olacaq”.